
"SUPER SÜRÜCÜ" yarışması elan edilir
YARIŞMA QALİBLƏRİNƏ ÜMUMİLİKDƏ 500 MANAT PUL MÜKAFATI VERİLİR.
📜 DDA.AZ platformasında 2025-ci ilin iyun- iyul aylarında keçiriləcək “SUPER SÜRÜCÜ” yarışması üzrə ŞƏRTLƏR və QAYDALAR
📌 1. Ümumi Məlumat
-Yarışmada iştirak üçün təsadüfü seçimlə 16 nəfər seçiləcək.
-İştirakçılar təsadüfü seçimlə qruplara bölünəcək və hər qrupda 2 nəfər iştirakçı olacaq. İştirakçılar 1:1 qarşılaşma yolu ilə mübarizə aparacaqlar.
-Yarışma aşağıdakı mərhələləri əhatə edir:
- 1/8 final (8 qarşılaşma)
- 1/4 final (4 qarşılaşma)
- Yarımfinal (2 qarşılaşma)
- 3-cü yer uğrunda oyun (1 qarşılaşma)
- Final (1 qarşılaşma)
🧠 2. Suallar və Cavablar
-Hər qarşılaşma 10 sual üzərindən aparılacaq.
-Suallar yol hərəkəti qaydaları və nəqliyyat sahəsi (maraqlı faktlar, dünya görüşü və s.) üzrə olacaq.
-Suallar test formatında və ya açıq tipli təqdim olunacaq. Test formatındakı suallara tez və doğru (və ya doğru) cavabı verən, açıq tipli suallara isə doğru və ya ən yaxın cavabı verən şəxs qalib sayılır.
-Yarışma zamanı istifadəçi hər test sualını cavablandırmaq üçün istifadə olunan proqramda əl qaldırmalıdır. Söz ilk əl qaldıran iştirakçıya verilir. Cavab doğru olmadıqda rəqib iştiraksıya söz verilir. İştirakçı doğru hesab etdiyi cavabı bildirməlidir. Açıq tipli sualların cavabı iştirakçılar tərəfindən kağıza yazılacaq və moderatorun göstərişi əsasında bu cavablar kameraya yaxınlaşdırılaraq göstəriləcək.
-Yarışmanın sonunda bərabərlik olduqda və ya mübahisəli hallarda baş hakimin qərarı ilə əlavə sual verilir.
🏆 3. Mükafatlar
- 1-ci yer: 300 AZN
- 2-ci yer: 150 AZN
- 3-cü yer: 50 AZN
📅 4. Yarışma formatı və cədvəli
-Yarışma onlayn formatda keçiriləcək (Zoom, google meet və s. öncədən açıqlanacaqdır).
-Yarış sosial şəbəkələrimizdə canlı yayımlanacaq və paylaşılacaqdır.
-Yarışma zamanı iştirakçılar kameranı və səsini açmalıdır (iştirakçı aydın görünməli və eşidilməlidir).
-Qarşılaşma cədvəli təqvimə əsasən əvvəlcədən elan ediləcək.
-İştirakçılar yarışma vaxtından ən az 10 dəqiqə əvvəl onlayn olmalıdır.
-İştirakçı iştirak ilə bağlı problem (işıq sönməsi, internetlə bağlı və s.) yaşayarsa, öncədən məlumat verməli və bunun həlli ilə bağlı tədbirlər görüməlidir.
-İştirakçı yarışmada hər hansı səbəbdən iştirak etməzsə, məğlub sayılacaq və rəqibi avtomatik qalib olacaqdır.
📋 5. İştirak Şərtləri
-İştirakçılar dda.az saytında imtahan simulyatorundan 2025-ci ilin iyun ayında (01.06.2025- 30.06.2025) istifadə edən şəxslərdən seçilir.
-İmtahan simulyatorunda 5 bilet işləyən istifadəçi 1 şans qazanır. Hövbəti hər 5 bilet əlavə 1 şans da qazandırır. Bir şans - seçim siyahısında istifadəçinin adının bir dəfə yazılmasıdır (məs: 7 bilet işləyən istifadəçi 1 şans qazanır, yəni siyahıda bir dəfə qeyd edilir, 12 bilet işləyən istifadəçi 2 şans qazanır və siyahıda iki dəfə qeyd edilir, 20 bilet işləyən istifadəçi 4 şans qazanır və siyahıda 4 dəfə qeyd edilir və s.).
-Şans sayı nə qədər yüksəkdirsə, yarışmada iştirak ehtimalı da bir o qədər yüksək ola bilər. Yarışmanın 16 İştirakçısı ümumi siyahıdan proqram vasitəsilə təsadüfü seçimlə müəyyənləşdiriləcəkdir.
-Yarışma zamanı digər şəxslərdən kömək almaq, hər hansı mənbədən istifadə etmək və qaydaları pozmaq yarışmadan uzaqlaşdırma ilə nəticələnəcək.
-İştirakçının yaşı minimum 18 olmalıdır.
-Bu sahə üzrə fəaliyyət göstərən tədris kursu, müəssisə və təşkilatlarda çalışan müəllimlər (təlimçilər) yarışmaya iştirakçı kimi qatılmamalıdırlar.
📣 6. Digər Qaydalar
-Qarşılaşmaları hakim heyəti müşahidə edəcək.
-İstənilən mübahisəli vəziyyətdə son qərarı hakim heyəti verir.
-Yarışmaya qatılan şəxslər, bütün qaydaları oxuduğunu və qəbul etdiyini bildirir.
-Qaliblər yarışma bitdikdən sonra təyin olunmuş tarix və məkanda mükafatlandırma tədbirinə qatılmalıdırlar.
-Mükafatı almaq üçün şəxsin özü tədbirdə iştirak etməlidir.

