DIGITAL DRIVING ACADEMY

(RƏQƏMSAL SÜRÜCÜLÜK AKADEMİYASI)

Nəqliyyat vasitələri sürücülərinin və avtomobil nəqliyyatı sahəsində çalışan müxtəlif ixtisaslı mütəxəssislərin hazırlığını və onların ixtisasının artırılmasını həyata keçirən interaktiv təlim-tədris platforması.

Biz 2003-cü ildən etibarən nəqliyyat vasitələri sürücülərinin hazırlığı üzrə müxtəlif tədris və digər əyani vəsaitlərin hazırlanması sahəsində fəaliyyət göstəririk. Bu müddət ərzində çoxsayda tədris vəsaitləri, metodikalar, proqram təminatları, plakatlar, www.talıbov.az internet saytı, habelə digər köməkçi əyani vəsaitlər hazırlamış və istifadəyə təqdim etmişik. Məhsullarımız sürücülük vəsiqəsi almaq istəyənlər, sürücülər və digər şəxslər tərəfindən, o cümlədən ölkəmizdə fəaliyyət göstərən sürücülük məktəbləri və kurslarda, habelə bu sahə üzrə mütəxəssilər hazırlayan təhsil müəssələrində geniş şəkildə istifadə olunur.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş məqsədlərə nail olmaqda öz töhvəmizi vermək üçün sürücü hazırlığı sistemində mövcud üsul və metodların müsbət elementlərini saxlayaraq effektiv texnologiyaların tətbiqi ilə müasir www.dda.az internet platforması hazırlamışıq.

İnteraktiv təlim sistemli www.dda.az platforması sürücülük vəsiqəsi almaq istəyənlər, öz bilik və bacarıqlarını artıran sürücülər və nəqliyyat sahəsində çalışan digər mütəxəssislər, həmçinin fəaliyyətini genişləndirən, təkmilləşdirən sürücülük məktəbləri (kursları) üçün nəzərdə tutulmuşdur.

Əvvəlki hazırlıq sistemindən fərqli olaqraq təklif edilən interaktiv təlim sistemi müasir təlim-tədris texnologiyaları əsasında qurulmuşdur. Bu sistem sürücülük məktəblərində istifadə edilən bütün tədris vəsaitlərini və təlim-tədris bazasını əvəz edir, habelə jurnal və digər sənədlərin işlənməsinə, imtahanların keçirilməsinə, təlim alan hər bir şəxs və qruplar üzrə statistikanın aparılmasına imkan verir.

Müasir dövrdə sürücülük hazırlığını təşkil etmək üçün müəllimlərə əsasən kompüter və ya planşet, habelı proyektor və ekranın olması, sürücü olmaq istəyən şəxslərə isə mobil telefon və ya internetlə əlaqəsi olan digər kompüter texnikasının olması kifayətdir. Bu baxımdan, www.dda.az internet platformasının interaktiv təlim sistemi müasir, effektiv və hər kəs üçün əlçatandır.

Platformanın funksiyalarına aiddir:

- bütün kateqoriyalara aid (A1, A, B1, B, BE, C1, C, C1E, CE, D1, D, D1E, DE) nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması;

- nəqliyyat vasitələri sürücülərini hazırlayan müəssisə və kurslarda təlim (tədris) prosesinin təkili və idarə edilməsi;

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi;

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin) hazırlığının və yenidən hazırlığının keçirilməsi;

- taksi fəaliyyəti ilə məşgul olan sürücülərin hazırlanması;

- sürücülərə praktiki sürmə təlimi verən təlimatçıların hazırlanması və onların ixtisasının artırılması;

- avtomobil müəssisə və təşkilatlarında sürücülər və digər mütəxəssislərlə müxtəlif proqramlar əsasında hazırlıq kurslarının keçirilməsi;

- avtomobil nəqliyyatının istismarı ilə əlaqəli müxtəlif vəzifələrdə çalışan mütəxəssislərin hazırlıq kurslarının keçirilməsi;

- avtomobil nəqliyyatı sahəsinə aid müxtəlif tədris-əyani vəsaitlərin (kitablar, plakatlar, maketlər, jurnallar, trenajorlar, simuliyator proqramları və s.) hazırlanması və satışı;

- logistika fəaliyyətini həyata keçirən şirkət, təşkilat və müəssisələrə elmi, təşkilatı və texniki yardımların göstərilməsi;

- müxtəlif kurs və hazırlıq proqramları, habelə mütəxəssislərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə imtahanların keçirilməsi;

- xüsusi təyinatlı texnika sürücülərinin hazırlanması və ixtisaslarının artırılması;

- nəqliyyat vasitələrinin istismar göstəricilərinə və sürücülərin işinə nəzarətin təşkili sisteminin qurulması və fəaliyyətin idarə edilməsi;

- logistika marşrutlarında risk amillərinin qiymətləndirilməsi və s.

Təlim-tədrisin təşkili üçün:

1. Platformanın bazasınada yerləşdirilmişdir:

kursun (hazırlığın) təşkili üzrə standart, proqram və planlar;

kursa aid qanunvericilik aktlarının elektron variantı;

mövzular üzrə materiallar və onların şərhləri;

mövzu materialları əsasında hazırlanmış izahlı video-çarxlar;

mövzular üzrə təcrübəli müəllimlər tərəfindən keçirilmiş dərslərin video-çarxları;

oxucuları maraqlandıran suallar və onların cavabları;

mövzular üzrə test sualları.

2. ZOOM və ya digər proqramlar vasitəsilə onlayn dərslər keçirilir.

3. Təlim qrupları və onların tərkibindəki hər bir şəxs üzrə əhatəli statistika aparılır (davamiyyət, proqram və mövzuların mənimsənilməsi göstəriciləri əsasında).

4. Təlim alan şəxslər proqram çərçivəsində istənilən sayda suallar verir və onların cavablarını alırlar.

5. Təlim alan şəxslər mübahisəli nəticələr üzrə apellyasiya şikayəti verə bilirlər.

Fərdi hazırlıq

Platformanın “Fərdi hazırlıq” bölməsi nəqliyyat vasitələri sürücülərinin hazırlığı üçün əsas bölmədir. Bu bölmə bütün kateqoriyalara aid (A1, A, B1, B, BE, C1, C, C1E, CE, D1, D, D1E, DE) nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün baza məlumatları ilə əlaqələndirilib.

“Fərdi hazırlıq” bölməsindən istifadə edə bilər:

sürücülük vəsiqəsi almaq üçün müstəqil hazırlaşanlar;

öz bilik və bacarıqlarını təkmilləşdirən sürücülər;

sürücü hazırlığını həyata keçirən müəllimlər, habelə şirkət, təşkilat və müəssisələrin müvafiq vəzifəli şəxsləri;

bu sahədə maarifləndirmə fəaliyyətini aparan şəxslər və s.

Sürücülük məktəbləri (kurslar)

“Sürücülük məktəbləri (kurslar)” bölməsi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasını həyata keçirən tədris müəssisələri və kurslar üçün nəzərdə tutulmuşdur. Tədris müəssisələri və kurslar qeydiyyatdan keçdikdən sonra bu platformanın bazasından istifadə edə və özlərinin saytını yarada bilər. Platforma tədrislə bağlı bütün sənədlərin aparılmasına, istənilən statistik məlumatın alınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulmuş sənədlərin hazırlanmasına imkan verir.

www.dda.az saytından istifadə edərək vətəndaşlar istənilən ünvandan istədikləri tədris müəssisəsinə (kursuna) yazıla, keyfiyyətli hazırlıq keçə və bu barədə sənədləri ala bilər.

Bununla yanaşı platforma tədris qruplarının formalaşmasını gözləmədən dərslərin başlanmasına, lazımi ödəmələri onlayn şəkildə həyata keçirməyə, rahat şəkildə, istədiyiniz vaxtda dərslə məşğul olmağa və s. imkan verir.

Müəssisə və təşkilatlar

“Müəssisə və təşkilatlar” bölməsi avtomobil nəqliyyatı ilə bağlı fəaliyyət göstərən müəssisə və təşkilatlar üçün nəzərdə tutulmuşdur. Bu bölmədə avtomobil nəqliyyatı sahəsində çalışan müxtəlif ixtisaslı mütəxəssislərin hazırlığı və onların ixtisasının artırılması nəzərdə tutulur. Müəssisə və təşkilatlar qeydiyyatdan keçdikdən sonra bu platformanın bazasından istifadə edə və ya istədikləri proqram əsasında kursların keçirilməsini sifariş edə bilərlər.

 

VÖEN 1007665861

Hüquqi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, R.İsmayılov küçəsi 10/13