
İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 77
Hər kəsin səhv yazdığı o çətin suallar? Artıq problem deyil! DDA-nın yeni test kitabındakı ən qəliz situasiyaların detallı izahlarını tapdınız.
Əziz gələcək sürücülər!
Bilirik ki, sürücülük imtahanına hazırlaşarkən qarşınıza elə suallar çıxır ki, qaydanı bilsəniz belə, məntiqini tutmaq çətin olur. Test kitabımızın son bölməsindəki o "şifrəli" və ən çox çaşqınlıq yaradan sualları məhz buna görə ayrıca qruplaşdırdıq.
Hələ də test kitabımızı əldə etməmisinizsə, imtahanı ilk cəhddən keçmək üçün tam versiyanı aşağıdakı linkdən sifariş edə bilərsiniz.
Özünüzü Xüsusi imtahan proqramında test etmək istəsəniz: XÜSUSİ İMTAHAN PROQRAMI
BİLET № 77
1. | 1-ci - “Durmaq qadağandır” nişanı “Əlilliyi olan şəxs” tanınma nişanlı ilə işarələnmiş NV-yə şamil edilmir. 2-ci - “Mexaniki NV-nin hərəkəti qadağandır” nişanı işarələnmiş sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan NV-yə şamil edilmir. Belə hallarda, NV işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar (m.64.V). Digər nişanlar “Əlilliyi olan şəxs” tanınma nişanlı ilə işarələnmiş NV-yə şamil edilir və onların sürücüləri bu nişanların tələblərinə əməl etməlidirlər. Cavab-1. |
2. | Yolda təmir işləri ilə əlaqədar hərəkətin təşkilində dəyişiklik edilmişdir. Sürücülər “Sağa hərəkət” nişanının tələbinə əməl edib sağa dönməlidirlər. Lakin hər iki sürücü nişana məhəl qoymadan 1.1 və 1.3 üfüqi nişanlanma xətlərinin də tələblərinə riayət etməyərək maneəni kənardan keçirlər (m.69.VI,VII). İXM–nin 327.2-ci maddəsinə əsasən üfüqi nişanlanma xətlərinin tələbini pozan bu sürücülər 100 manat məbləğində cərimə oluna + 3 balla qiymətləndirilə bilərlər. Cavab-3. |
3. | Şəkildə elektrik avadanlıqlarına aid starter (1) və generator (2), habelə turbo kompressor (3) göstərilib. Mühərriki işə salarkən starter elektrik enerjisini AKB-dən alaraq nazimçarxı (маховик) fırladır və mühərrikin işə düşməsini təmin edir. Generator yalnız mühərrik işlədikdə (fırlanma olduqda) enerji istehsal edir və elektrik sistemini təmin edir. Turbo kompressor mühərrikdən xaric olunan qazların enerjisindən istifadə edərək hava ilə qidalanmanı artırır və bununla da mühərrikin gücünü yüksəldir. Cavab-4. |
4. | Avtoqatar - bir mexaniki NV-yə qoşularaq birlikdə hərəkət edən bir neçə NV-dən ibarət tərkibdir (m.1.46). Yuxarıdakı şəkildə 2 yük avtomobilinin eyni vaxtda yedə alındığını görürük. Birdən artıq NV-nin yedəyə alınması təhlükəsizlik baxımından qadağan olunduğundan (m.55.VI), belə tərkibin yolda hərəkətinə heç bir halda icazə verilə bilməz. Xüsusi qayda dedikdə - qabarit ölçüləri və çəki göstəriciləri müəyyən edilmiş hədlərdən artıq olan NV-yə AYNA və DYP-dən xüsusi icazə alındıqdan sonra müəyyən marşrut üzrə və vaxtda, mühafizə və ya müşayiət avtomobili ilə həyata keçirilən hərəkət nəzərdə tutulur (NK 104 nömrəli 2009-cu il tarixli qərarı). YHHQ-nin 55.VI-cı maddəsinə əsasən iki və daha çox qoşqusu olan avtoqatarın hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilməlidir. Cavab-2. |
5. | YHHQ-nin 42.XII, XIV-cü maddələrinə əsasən aşağıdakı yerlərdə geriyə hərəkət qadağandır: 1) tunellərdə; 2) piyada keçidlərində; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə; 7) yolayrıclarında. Şəkilə diqqət yetirdikdə görürük ki, geriyə hərəkət tramvay yolları ilə kəsişmə yerində və bitişik ərazidən yola çıxışda icra olunur. Bu yerlərin heç biri geriyə hərəkətin qadağan edildiyi yerlər siyahısına daxil deyil. Sualın şərtində qeyd edilən təhlükəsizlik amilini nəzərə alaraq, demək olar ki, sürücülərdən heç biri qaydaları pozmur. Cavab-1. |
6. | Ümumi istifadədə olan avtobusların hərəkət zolağı və tramvayların hərəkət xətləri yolun mərkəzində yerləşə bilər. Belə olan hallarda sərnişinlər yolun mərkəzində ÜİONV-dən düşərək hərəkət hissəsini keçib səkiyə çıxır və ya əksinə, səkidən yolun mərkəzinə gələrək bu NV-yə minirlər. Yolda hərəkət edən digər NV-nin sürücüləri belə dayanacaqda dayanmış ÜİONV-yə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidirlər (qapılar tərəfdən) m.54.V. ÜİONV-nin qapıları hərəkət istiqamətinə nəzərən sağ tərəfdə olduğundan, həmin tərəfdəki hərəkət zolaqlarını keçən piyadalara yol vermək məcburidir. Cavab-2. |
7. | Sualda qeyd edilən NV yüngül kvadrisikldir. Belə NV-ni fərqləndirən texniki göstəricilər odur ki, mühərrikin işçi həcmi 50 sm3-dən çox olmamalıdır, yüksüz vəziyyətdə kütləsi 350 kq-dan çox olmamalıdır və dördtəkərli mexaniki NV olmalıdır (m.1.25-2). Yüngül kvadrisiklləri idarə etmək üçün sürücülərdə A1 altkateqoriyalı və ya A kateqoriyal sürücülük vəsiqəsi olmalıdır. Cavab-4. |
8. | Fərdi minik avtomobili istehsal olunduqları vaxtdan 4 il keçənədək texniki baxışa təqdim olunmur, 4 il keçdikdə – 2 ildə 1 dəfə, 10 il keçdikdə isə – ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır. NV hansı tarixdə texniki baxışdan keçirilibsə, növbəti texniki baxış da həmin tarixdə və ya + növbəti 20 gün ərzində keçirilməlidir (m.30.VI). Əgər NV-nin istehsal olunduğu vaxtdan 11 il keçmişdirsə və o, 25 may tarixində texniki baxışdan keçirilmişdirsə, deməli, növbəti ildə 25 may tarixindən etibarən 20 gün ərzində texniki baxışdan keçirilməlidir. Cavab-2. |
9. | Şəkildə göstərilənlər tormoz qəlibləridir. Bu ad avtomobil terminologiyasında daha çox tormoz kolodkaları kimi işlədilir. Onlar NV-nin sürətini azaltmaq və ya onu tam dayandırmaq üçün tormoz diskinə və ya barabanına sıxılaraq sürtünmə yaradan əsas hissələrdir. Sürücü tormoz pedalını basdıqda, bu qəliblər fırlanan tormoz diskinə sıxılır və kinetik enerjini istilik enerjisinə çevirərək təkərlərin fırlanmasını dayandırır. Cavab-5. |
10. | Burada şəraitin vizuallaşdırılması tələb olunur. Əgər sual və cavablardakı şəraiti gözünüz önündə canlandırmağı bacarsanız, doğru cavabı tapacaqsınız. İki hərəkət zolağından ibarət ikitərəfli yolda piyada keçidində ötmək üçün bir sıra şərtlər ödənilməlidir: 1. Piyada keçidində piyada olmamalıdır. 2. Ötməni qadağan edən amillər, yəni 1.1 nişanlanma xətti, piyada keçidi nizamlanmayan eyni əhəmiyyətli yolayrıcında və ya nizamlanan yolayrıcında olmamalıdır. 3. Ötmənin icra ediləcəyi əks istiqamətli hərəkət zolağında qarşıdan və arxadan NV gəlməməlidir. Yalnız 2-ci cavabda qeyd edilən şəraitdə ötməyə icazə verilir (m.51.V). Cavab-2. |
11. | Şəkildə yolun hərəkət hissəsində təşkil edilmiş parklanma yerləri göstərilib. Belə parklanma yerlərində velosipedlərin, KENV-nin və İVMK-sı 3,5 t-dan çox olan yük avtomobillərinin parklanması qadağandır (m.53.IV,X-II,XXIII). 5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də KENV, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız KENV parklana bilər. Velosiped və KENV-nin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanması qadağandır (m.53.X-II). Cavab-3. |
12. | Elektrik mühərrikli NV üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli NV-nin durması istisna olmaqla, digər NV-nin parklanması qadağandır. Bu o deməkdir ki, belə parklanma yerlərində enerji doldurmadan parklanma bütün NV-yə qadağandır (m.53.X-I). Cavab-5. |
13. | NV-nin öz-özünə hərəkətini və ya digər şəxslərin ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya NV-ni qoyub gedə bilər. NV-ni duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı maneəyə tərəf döndərməli və qapıları kilidləməlidir. Hər iki tərəfində səki olan birtərəfli yolun yoxuş sahəsinin sol tərəfində dayandırılmış avtomobilin sürücüsü təhlükəsizliyi təmin etmək məqsədilə təkərləri sağ tərəfə döndərməlidir. Əgər avtomobil özbaşına hərəkətə gələrsə, bu halda bordürə ilişən təkərlər geriyə hərəkətin qarşısını alacaqdır. Cavab-4. |
14. | Əgər sürücülərin hamısı sola dönmək istəyirlərsə, deməli onların hərəkət trayektoriyaları kəsişəcək. Nişanları “?” işarəsi yerinə bir-bir tətbiq etməklə hərəkət ardıcıllığını müəyyən edək: 5-ci və ya 6-cı nişan quraşdırıldıqda, göy rəngli avtomobilin sürücüsü yolayrıcını qarşıdan gələn avtomobillə eyni vaxtda ilk növbədə keçəcək; 1-ci nişan quraşdırıldıqda, göy rəngli avtomobilin sürücüsü yolayrıcını birinci keçəcək; 2-ci nişan quraşdırıldıqda, göy rəngli avtomobilin sürücüsü yolayrıcını dördüncü keçəcək; 4-cü nişan quraşdırıldıqda, göy rəngli avtomobilin sürücüsü yolayrıcını ikinci keçəcək; 3-cü nişan quraşdırıldıqda, göy rəngli avtomobilin sürücüsü yolayrıcını üçüncü keçəcək (m.77.I-IV). Cavab-4. |
15. | Suala cavab vermək üçün “?” işarəsi yerinə nizamlayıcıları bir-bir qoymaqla NV-nin hərəkətini təhlil edək. Bizə məlumdur ki, 1-ci və 3-cü nizamlayıcı siqnallarının adı və mənası eynidir. Əgər “?” işarəsi yerində kürəyi və ya sinəsi D avtomobili tərəfə olmaqla 1-ci və ya 3-cü nizamlayıcı durub gördüyümüz siqnalı verərsə, tramvaylar, C və F avtomobilləri olmaqla yolayrıcını 4 NV keçə bilər. Əgər “?” işarəsi yerində sinəsi 2-ci tramvaya tərəf olmaqla 2-ci nizamlayıcı durub gördüyümüz siqnalı verərsə, yolayrıcını A və B avtomobilləri olmaqla yalnız 2 NV keçə bilər. Nizamlayıcılar “?” işarəsi yerində müxtəlif tərəflərə dönməklə bu siqnalları verdikdə, yolayrıcını daha az sayda NV keçəcəkdir (m.58.II). Beləliklə, “?” işarəsi yerində kürəyi və ya sinəsi D avtomobili tərəfə olmaqla 1-ci və ya 3-cü nizamlayıcının siqnalı verildikdə, yolayrıcını maksimum sayda NV keçə bilər. Cavab-4. |
16. | Şəkildə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcı göstərilir. Buradakı bütün NV baş yoldadır. Baş yolda həm də velosiped zolağı təchiz edilmişdir. Bu şəraitdə velosipedçi düz istiqamətdə gedir, digər NV sürücüləri dönərək onun hərəkət trayektoriyasını kəsirlər. Ardıcıllığı müəyyən etmək üçün qaydalara bir-bir nəzər yetirək: m.77.IV - relssiz NV sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən NV-yə yol verməlidir. Deməli, kommunal xidmət avtomobili yolayrıcını sonuncu keçməlidir; m.77.III - eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz NV qarşısında üstünlüyə malikdir. Deməli, tramvay yolayrıcını birinci keçməlidir; m.75.I - sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik NV-nin sürücülərinə yol verməlidir. Deməli, minik avtomobilinin sürücüsü velosipedçiyə yol verməlidir. Beləliklə, sadalanan qaydaları nəzərə alan sürücülər belə ardıcıllıqla hərəkət etməlidirlər: Tramvay, velosiped, minik avtomobili, sonda kommunal xidmət avtomobili. Cavab-3. |
17. | Cavablarda sadalananların hər biri inzibati xəta hesab edilir və onlar inzibati məsuliyyət yaradır. Bu qayda pozuntularına görə İXM-də nəzərdə tutulmuş inzibati tənbehin (məsuliyyətin) ağırlıq dərəcələrini araşdıraq: 1. İXM-nin m.346.9 - ... NV-nin səkilərdə dayanmasına və ya durmasına görə - 60 manat cərimə + 2 bal; 2. İXM-nin m.346-1.1 - NV ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına...görə – 20 manat cərimə; 3. İXM-nin m.346.1 - 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını (o cümlədən dəmir yol keçidindən) pozmağa görə - 20 manat cərimə; 4. İXM-nin m.346.6 - taksi duracaqlarında taksi minik avtomobili olmayan NV-nin dayanmasına və ya durmasına görə – 40 manat cərimə + 2 bal; 5. İXM-nin m.346.5 – NV-nin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – 40 manat cərimə + 2 bal. Cavab-1. |
18. | Sərnişinlər minik avtomobilinin konstruksiyada nəzərdə tutulmuş oturacaqlarında və bu oturacaqların sayı qədər daşına bilər (m.56.IX). Əgər minik avtomobilində oturacaqların ümumi sayı 7-dirsə, deməli, onlardan biri sürücü üçün, digər 6-sı sərnişinlər üçün nəzərdə tutulmuşdur. Deməli, sözügedən avtomobildə 6 yaşlı sərnişin daşımağa icazə verilir. Cavab-3. |
19. | Qamış və incik sümükləri dizdən aşağıdakı baldır hissədə olur. Bu sümüklərin açıq sınığı zamanı ilk tibbi yardım göstərməkdə əsas məqsəd zədələnmiş nahiyəni hərəkətsiz saxlamaq və ağrını azaltmaqdır. Bunun üçün şinlər ayağın içəri və çöl tərəfindən yerləşdirilir və yalnız sınıq yeri deyil, yaxın oynaqlar da (daban və diz oynaqları) hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Şinin uzunluğu dabandan başlayaraq budun ortasına qədər olmalıdır ki, həm sınıq sahəsi, həm də ona yaxın oynaqlar sabitləşdirilsin. Bu, sümük qırıntılarının yerini dəyişməsinin və əlavə zədələrin qarşısını alır. Digər variantlarda isə oynaqların tam hərəkətsizliyi təmin olunmur və ya şinlərin yerləşdirilməsi düzgün göstərilmir.Cavab-3. |
20. | Şəkildə qırmızı rənglə göstərilən hissə mühərrikin arxa hissəsində yerləşən nazimçarxdır (маховик). Nazimçarxın əsas funksiyaları: Dirsəkli valın fırlanmasını bərabərləşdirmək (titrəmələri azaltmaq); Starter vasitəsilə mühərrikin işə salınmasını təmin etmək (starterin dişli çarxı məhz bu hissə ilə əlaqəyə girir); Fırlanma enerjisini yığaraq mühərrikin daha stabil işləməsinə kömək etmək. Digər variantlar: Aparılan disk, ilişmə muftasının diski və friksion disk – bunlar mufta (ilişmə) sisteminə aiddir və ayrıca hissələrdir, şəkildə göstərilən böyük disk isə məhz nazimçarxdır. Cavab-5. |
DİGƏR BİLETƏ KEÇİD ET (BİLET 78)
© 2026 DDA MMC. Bütün hüquqlar qorunur. Saytdakı test izahlarının və materialların icazəsiz kopyalanması və ya paylaşılması qadağandır.
Digər Maraqlı Yazılar

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 78

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 76

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 75

İmtahanda Çoxusunun Səhv Yazdığı Suallar: Ən Çətin Testlərin Detallı İzahı Bilet 74

